Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, avtomobil yolu keçən 1973-cü il təvəllüdlü Xəqani Ələsgər oğlu Şirinovu vurub.
Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

