Bitkoinin qiyməti noyabrın 24-nə keçən gecə keçirilən ticarət əməliyyatları zamanı təxminən 3 faiz ucuzlaşaraq 60 min dollardan aşağı düşüb.
Denmedia.az xəbər verir ki, bu barədə Binance kriptovalyuta birjasının məlumatlarında bildirilib.
Moskva vaxtı ilə saat 06:16-da bitkoinin qiyməti 2,96 faiz azalaraq 59 455 dollara enib. Lakin səhər saatlarında ucuzlaşma tempi zəifləyib və kriptovalyutanın qiyməti yenidən 60 min dollar həddini keçib.
Saat 07:30-a olan məlumata görə, bitkoin 1,24 faiz ucuzlaşma ilə 60 509 dollardan ticarət edilib.
Eyni vaxtda Ethereum-un qiyməti 0,63 faiz azalaraq 1 699 dollar təşkil edib.
CoinMarketCap platformasının hesablamalarına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 2,08 trilyon dollar səviyyəsində olub.
Bu məbləğin 58,6 faizi, yəni 1,22 trilyon dolları bitkoinin, 10 faizi və ya 207,85 milyard dolları isə Ethereum-un payına düşüb.

