Zərdabda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az-ın yerli bürosunun məlumatına görə, qəza gecə saatlarında Zərdab–Ağcabədi avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata əsasən, “Kia” markalı minik avtomobili traktorla toqquşub. Zərbənin gücündən minik avtomobili alışaraq yanmağa başlayıb.
Yanğın içində qalan avtomobildə ilkin məlumata görə, 5 nəfər həyatını itirib.
Hadisə yerində aidiyyəti təcili xidmət əməkdaşları işləyir. Qəzanın başvermə şəraiti araşdırılır.

