19 
sen
2023
17:31
247

Şuşada ermənilərin öldürdüyü mülki şəxsin FOTOSU

19 sen, 2023
17:31
247

Şuşada ermənilərin öldürdüyü mülki şəxsin FOTOSU

Ermənilərin Şuşanı atəşə tutması nəticəsində ölən mülki vətəndaşın fotosu yayılıb. 

Den.az 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlunun fotosunu təqdim edir: 


Vidadi Fərhadov şuşalı idi və orada işləyirdi. O, doğulduğu Şuşada dəfn olunacaq. 

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar