8 
dek
2023
18:10
221
Yuxarı
Cəsarət Valehov vəzifəsindən azad edildi
8 dek, 2023
18:10
221
Cəsarət Valehov vəzifəsindən azad edildi - FOTO
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.
Den.az xəbər verir ki, qurumun aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.
Lakin C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.
Dəyişikliyə əsasən, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub. O, bundan əvvəl nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
C.Valehov mövzuyla bağlı sosial media hesabında paylaşım edib: "Hörmətli həmkarlar, yaxın günlərdə yeni iş fəaliyyətimlə bağlı sizə məlumat verəcəyəm. Hər birinizə təşəkkür edirəm".
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar