19 
dek
2023
10:00
194

Bakıda 21 mərtəbəli binada yanğın başlayıb - Yenilənir

19 dek, 2023
10:00
194

Bakıda 21 mərtəbəli binada yanğın başlayıb - Yenilənir

Bakının Yeni Yasamal yaşayış massivində güclü yanğın başlayıb.

“Den.az” xəbər verir ki, hadisə rayonun Əsəd Əhmədov küçəsi ərazisində yerləşən 21 mərtəbəli binanın zirzəmisində qeydə alınıb.


Yanğın güclənərək ikinci mərtəbəyə qədər qalxıb. 


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildilib ki, paytaxtın Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.


Ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar