31 
yan
2024
16:26
224

Dörd günlük körpə yol qəzasında öldü

31 yan, 2024
16:26
224

Dörd günlük körpə yol qəzasında öldü

Rusiyanın Voronej vilayətində yük maşını ilə toqquşması nəticəsində dörd günlük körpə və bir qadın ölüb.

Den.az yerli mediaya istinadla bildirir ki, qəza yanvarın 30-da Pavlovski rayonu ərazisində, M-4 Don şosesində baş verib. Avtomobili idarə edən qadın idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb və orada yük maşını ilə toqquşub. Yük maşını aşıb, xarici maşının ön hissəsi tamamilə dağılıb.

Hadisə nəticəsində 4 gün əvvəl dünyaya gələn bir körpə və qadın ölüb. Yük maşınının sürücüsü aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar