fev
2024
17:33
121

Bakıda generalın oğlunun toyunda bomba həyəcanı - TƏFƏRRÜAT

5 fev, 2024
17:33
121

Bakıda generalın oğlunun toyunda bomba həyəcanı - TƏFƏRRÜAT

Bu günlərdə sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, generallardan birindən qisas almaq istəyən keçmiş kursantı qeyri-adi üsula əl atıb. Belə ki, o, general oğlunun toyu keçirilən restorana bomba qoyulduğu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. Bu məlumat əsasında çox sayda polis əməkdaşı toy mərasimi vaxtı restorana gedib, orada axtarış aparıb.

 Den.az xəbər verir ki "Gununsesi.info" bu hadisənin təfərrüatını öyrənib. Sayt yazır ki, söhbət Naxçıvanda yerləşən hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucovdan gedir. Onun oğlunun toyu Bakıdakı məşhur restoranlardan birində olub.
qərarına gəlib. O, taksafondan “102”yə zəng edib ki, “restorana bomba qoyulub, yeməklərə zəhər qatılıb”, - deyə mətbu orqan yazır.

Bildirilir ki, polislər də toyda yüksək vəzifəli şəxslərin, generalların iştirak etdiyini nəzərə alaraq, informasiyanı inandırıcı sayıblar:

“Restoranda stolların altını, bəy-gəlin kürsüsünü, mətbəxi – hər yeri axtarıblar. Toydakı adamlar da təşvişə düşüb ki, nə baş verib?

İnformasiyanın əsassız olduğu aydınlaşandan sonra “102”yə kimin xəbər verdiyi müəyyənləşdirilib və onun haqqında Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə cinayət işi başlanıb. Hərbçiyə yekunda 5 il şərti cəza verilib”.

Məlumata görə, general-mayor Elman Orucov da ondan şikayətçi olmayıb. Deyib ki, həmin şəxsi sakit təbiətli kursant kimi tanıyırdı. Ona gənc zabitlər üçün həmişə elit başlanğıc sayılan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasını seçməyi təklif edib. Generalın sözlərinə görə, onu bu ixtisasa təhsil almağa göndərəndə, əksinə, yaxşılıq edib:

“Mən özüm də zabit kimi xidmətə oradan başlamışam. Düzü, buna görə məndən qisas almaq istəməsinə çox təəccübləndim”, - general deyib. Metbuat.az


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar