15 
fev
2024
09:39
131

Sumqayıtda avtomat satan şəxs saxlanıldı

15 fev, 2024
09:39
131

Sumqayıtda avtomat satan şəxs saxlanıldı

Sumqayıtda polis əməkdaşları avtomat satan şəxsi saxlayıb.
 
Bu barədə Den.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir zamanı 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş paytaxt sakini Yaqub Dadaşov saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin, eləcə də “Kalaşnikov” markalı avtomat, patron darağı və 33 ədəd patron aşkar olunaraq götürülüb.
 
Y. Dadaşov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib, araşdırmalar davam etdirilir.
 


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar