Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Ağcabədi rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları birgə tədbir keçirib.
"Den.az" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Ardınca Firad Əliyev, Ağdam hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elnur Kərimov, polkovnik Gülməmməd Rzayev, polkovnik-leytenant Mehman Ədilov, hüquq müdafiəçisi Ceyhun İbrahimov və digər şəxslər çıxış ediblər. Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran dünyaşöhrətli nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından, xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, vətənpərvər dahinin Azərbaycanın parlaq gələcəyinə hesablanan mükəmməl siyasəti yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddət ərzində ölkəmizdə görülən misilsiz işlərdən, həyata keçirilən hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.
Tədbirdə, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs edilib.
Bundan sonra, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb, nümunəvi xidməti ilə fərqlənənlərə hədiyyələr təqdim edilib.
Eyni zamanda, xidmətə yeni başlayan hərbi qulluqçuların andiçmə mərasimi keçirilib.
Sonda ağaclar əkilib.
Ağcabədi rayonunda Hərbi Prokurorluq və Müdafiə Nazirliyi birgə tədbir keçirib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.