Qüvvələrinin komandanı, general-leytenant Namiq İslamzadə ilə birlikdə Hava Hücumundan Müdafiə qoşunlarının hərbi hissələrindən birinə baş çəkib.
Müdafiə Nazirliyinin məlumatına görə, səfər zamanı bölmələrin xidməti fəaliyyətinin təşkili ilə tanışlıq aparılıb, hissə komandirinin məruzəsi dinlənilib və keçirilən təlim məşqləri izlənilib. Şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirdiyi, nəzəri bilikləri praktikada tətbiq etmək və silah-sursatla düzgün davranmaq bacarığı qeyd olunub.
Nazir xüsusilə bölmələrə yeni daxil olmuş müasir silah və texnikaya diqqət yetirib. O, həmin vasitələrin imkanlarının dərindən öyrənilməsi, döyüş şəraitində səmərəli tətbiqi və təhlükəsiz istismarı ilə bağlı müvafiq tapşırıqlar verib.



