Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı — yəni husilər — İranın İsrail və ABŞ ilə qarşıdurmasında Tehrana dəstək verəcəyini açıqlayıb.
Bu barədə hərəkatın siyasi bürosunun üzvü Məhəmməd əl-Buxeyti bildirib. Onun sözlərinə görə, bu qərar artıq qəti şəkildə qəbul olunub. Məlumatı Fars agentliyi yayıb.
“İrana hərbi dəstək vermək qərarı qəbul edilib və bu, uyğun zamanda elan olunacaq. Biz Tehranla tam koordinasiya içindəyik”.
Əl-Buxeyti qeyd edib ki, hərəkat İranla sıx əlaqə və koordinasiya şəraitində fəaliyyət göstərir və regiondakı qarşıdurmada Tehranın yanında dayanmağa hazırdır.

