Tehranda yeniyetmələrin 12 yaşdan etibarən xidmətə cəlb olunmasına başlanılıb. Bu barədə AFP agentliyi İran dövlət televiziyasına istinadən məlumat yayıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Rəhim Nədali bildirib ki, “For Iran” kampaniyasında iştirak üçün minimum yaş həddi müraciət edənlərin çoxluğu səbəbindən aşağı salınıb.
Yeniyetmələr güc strukturlarına və “"Bəsic"” polisinə dəstək üçün cəlb olunur.
“Yeniyetmələr arasında çox sayda müraciət olduğu üçün minimum yaş həddini 12-yə endirdik.”
Onun sözlərinə görə, gənclər patrul xidmətində, məlumat toplanmasında və digər tapşırıqlarda iştirak edir.
AFP qeyd edir ki, müharibə başladıqdan sonra Tehranda çoxsaylı blokpostlar qurulub. Yerli sakinlər bildirir ki, bu postların bir hissəsinə mülki geyimli, avtomat silahlı yeniyetmələr nəzarət edir.
“Bir blokpostdan keçirsən, 100 metr sonra yenə avtomatlı yeniyetmələr dayanır.”
Digər şahidlər isə bildirir ki, zərbələrdən sonra ərazilər sürətlə mühasirəyə alınır, postlarda duran yeniyetmələr harada dayanmaq lazım olduğunu göstərir və bəzən havaya atəş açırlar.
“Onlar istiqamət verir, bəzən isə havaya atəş açırlar.”

