Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən “EFES-2026” çoxmillətli hərbi təlimlərinin növbəti mərhələsinə hazırlıq davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüş atışlı praktiki məşğələlərdə iştirak edəcək Azərbaycan Ordusunun hərbçiləri qardaş ölkəyə yola düşüblər.
Azərbaycan hərbçiləri Türkiyənin Çiğli aviabazasında qarşılanıblar.
Qeyd edək ki, “EFES-2026” təlimlərinin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, genişmiqyaslı əməliyyatlar zamanı qarşılıqlı fəaliyyəti təkmilləşdirmək və şəxsi heyətin döyüş hazırlığını artırmaqdır.

