Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətinə zərbələr endirib.
Nəticədə 6 nəfər həlak olub, daha 26 nəfər yaralanıb.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.
“Rusiya hücumu nəticəsində 6 nəfər ölüb, daha 26 nəfər yaralanıb. Xəsarət alanlar arasında 1 uşaq da var”, deyə o, Telegram kanalında bildirib.

