İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri İsrailin “Ramat-David” aviabazasına ballistik raketlərlə zərbə endirib.
Bu barədə Fars agentliyi məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, hücum İsrail rejiminin Livanın cənubunda və ölkənin digər bölgələrində törətdiyi “genişmiqyaslı cinayətlərə” cavab olaraq həyata keçirilib.
“Livanın cənubunda və bu ölkənin digər bölgələrində İsrail rejiminin genişmiqyaslı cinayətlərinə cavab olaraq, aqressiyanın həyata keçirildiyi “Ramat-David” aviabazası ballistik raketlərlə hədəfə alınıb”,
deyə SEPAH-ın bəyanatında qeyd olunub.
Korpus bildirib ki, bugünkü əməliyyat İsrail üçün yalnız xəbərdarlıq xarakteri daşıyır. SEPAH-ın bəyanatına görə, aqressiv hərəkətlər təkrarlanacağı halda daha genişmiqyaslı cavab veriləcək və bu cavab regiondakı bütün Amerika-sionist hədəflərini əhatə edəcək.

