22 
avq
2023
22:50
166

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdlərinin qarşısı alınıb

22 avq, 2023
22:50
166

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdlərinin qarşısı alınıb - FOTO

Avqustun 22-si saat 19:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

"Den.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar