Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, nəşinin qalıqları sonradan tapılmış Qurbanov Akif Cəbrayıl oğlu dəfn edilib.
Denmedia.az report-a istinadən xəbər verir ki, əvvəlcə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində şəhidlə vida mərasimi keçirilib.
Mərasimdə Akif Qurbanovun ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Akif Qurbanov 29 oktyabr 1975-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olub.
O, 26 aprel 1994-cü ildə Ağdam rayonunun Şotlanlı kəndi ərazisində itkin düşüb.

