Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış Səyavuş Məmmədov ilə vida mərasimi keçirilib.
Den.az xəbər verir ki, Sumqayıt şəhər Şəhidlər xiyabanında təşkil edilən dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər.
Şəhid Dövlət Himninin sədaları altında, dualar və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb.
Qardaşı Aşur Məmmədov deyir ki, 1994-cü ilədən etibarən Səyavuş Məmmədovun itgin xəbəri gəlib.Qardaşın qalıqları 30 Aprel tarixində onlara daxil olan məlumata əsasən Gəncə şəhər Şəhidlər xiyabanında naməlum məzarda aşkar edilib. Murov dağ uğrunda gedən döyüşlərdə şəhid olduqdan sonra gətirilərək orada dəfn edilib. Axtarışlar aparılıb və heç bir nəticəsi olmayıb.
ŞƏHİDİN QARDAŞI AŞUR MƏMMƏDOV: “BRİFİNQ KEÇİRİLDİ VƏ ORA DƏVƏT OLUNDUM. BİLDİRİLDİ Kİ, SİZİN QARDAŞINIZ GƏNCƏ ŞƏHİDLƏR XİYABANINDA NAMƏLUM ŞƏHİD KİMİ DƏFN EDİLİB. BU GÜN SUMQAYIT ŞƏHƏR ŞƏHİDLƏR XİYABANINDA TORPAĞA TAPŞIRDIQ.SEVİNİRİK. HƏLƏ MƏN O VAXT GƏNCƏDƏ TƏHSİL ALANDA ŞƏHİDLƏR XİYABANINA GEDƏRƏK NAMƏLUM ŞƏHİD MƏZARLARI ZİYARƏT EDİRDİK. HAMISI QARDAŞIMIZDI. ANCAQ BİLMƏZDİM Kİ, O NAMƏLUM MƏZARDA UYUYAN MƏNİM QARDAŞIMDI.VƏTƏN SAĞ OLSUN”.
Qeyd edək ki, Səyavuş Məmmədov Zəngilan rayonun Havalı kəndində anadan olub.1993-cü ilə məcburi köçkün kimi Sumqayıt şəhərində yaşayıb. Könüllü olaraq döyüşlərə qatılıb. 1994-cü ilin Yanvar ayında Goran və Murov dağ uğrunda gedən döyüşlərdə iştirak edib və şəhid olub.
Şəhidin tabutuna bükülmüş üçrəngli Dövlət Bayrağı ailə üzvlərinə təqdim edilib. Səyavuş Məmmədov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
ŞƏHİDİN QARDAŞI: "Tələbə vaxtı həmin məzarı çox ziyarət etmişəm, sən demə"...-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.