HƏMAS nümayəndəsi Basem Naim bildirib ki, beynəlxalq ictimaiyyət və Sülh Şurası İsraillə münaqişənin nizamlanması prosesinin pozulmasına görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, 7 oktyabr hadisələrinin ildönümünə diqqət fələstinlilərin hazırda üzləşdiyi vəziyyəti kölgədə qoymamalıdır.
Naim Al Arabiya English-ə müsahibəsində beynəlxalq ictimaiyyətin diqqətinin yalnız 7 oktyabr hücumunun ildönümünə yönəlməməli olduğunu bildirib.
“Bizim günahsız fələstinlilərin öldürülməsi, qırğınlara və etnik təmizləməyə məruz qalması ilə bağlı çoxlu günlərimiz və xatirələrimiz var”, – deyə HƏMAS nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında və İordan çayının Qərb sahilində fələstinlilərin öldürülməsi bu gün də davam edir.
Naim həmçinin Sülh Şurasını və beynəlxalq ictimaiyyəti münaqişənin nizamlanması cəhdlərinin uğursuzluğunda ittiham edib.
Onun sözlərinə görə, İsrail ötən il Şarm əl-Şeyxdə təklif olunan razılaşmadan və Sülh Şurasının təqdim etdiyi yol xəritəsindən imtina edib.
HƏMAS nümayəndəsi bildirib ki, Sülh Şurasının üzvləri, xüsusilə İsraildə keçiriləcək seçkilər ərəfəsində Baş nazir Benjamin Netanyahuya təsir göstərmək imkanlarının olmadığını etiraf ediblər.

