Bu gün UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start veriləcək.
“Den.az” xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da səfərdə ilk oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Xorvatiyada Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.
“Maksimir” stadionunda keçiriləcək qarşılama saat 23:00-da start götürəcək.
Qeyd edək ki, cavab oyunu avqustun 28-i Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də baş tutacaq.
Çempionlar Liqası
Pley-off, ilk oyun
20 avqust
23:00. “Dinamo” – “Qarabağ”
Baş hakim: Qlenn Nyuberq
Baş hakimin köməkçiləri: Mahbod Beiqi, Andreas Söderkvist
Dördüncü hakim: Adam Ladebek
VAR hakimləri: Bastian Dankert və Yohann Pfeifer
UEFA nümayəndəsi: Filip Popovski
“Maksimir” stadionu
***
“Dinamo”: 33. İvan Nevistiç, 9. Bruno Petkoviç, 10. Martin Baturina, 11. Arber Xoca, 13. Sami Mae, 18. Ronael Pyerre-Qabruel, 20. Marko Pyatsa, 22. Stefan Ristovski, 25. Petar Suşiç, 27. Yosip Mişiç, 28. Kevi Teofile-Katerin
Ehtiyat oyunçular: 1. Zagoraç, 23. Filipoviç, 3. Ogivara, 4. Torrente, 6. Bernauer, 8. Kaçavenda, 17. Kulenoviç, 19. Kordoba, 30. Roq, 36. Vrbançiç, 66. Paviç, 77. Şpikiç
“Qarabağ”: 97. Fabiyan Buntiç, 3.Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 20.Riçard Almeyda, 24.Aleksey İsayev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica, 22. Musa Qurbanlı
***
Matç başladı.
***
30-cu dəqiqədə Marko Pyatsanın qolu ilə “Dinamo” hesabı açır.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
75-ci dəqiqədə Kulenoviç “Dinamo”nun ikinci qolunu vurur - 2:0.
***
80-ci dəqiqədə Kulenoviç dubl edir - 3:0.
***
Matç “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə başa çatdı. Komandalar arasında cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.
“Qarabağ” ilk matçda böyük hesabla uduzdu - Yenilənib+Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.