"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur İngiltərə Federasiyası tərəfindən ağır cəzaya məruz qalıb.
Den.az xəbər verir ki, uruqvaylı futbolçu İngiltərə Futbol Federasiyası tərəfindən Son və Koreyalılar haqqında ayrı-seçkilik ifadələri işlətdiyi üçün 100 min funt-sterlinq cərimə edilib və 7 oyunluq cəzalanıb. Məlumata görə, Bentankur mövsümöncəsi müsahibəsində Sonun forması barədə danışarkən zarafatca Asiya ölkəsindən olan insanların hamısının bir-birinə bənzədiyini demişdi. Onun sözləri sosial mediada müzakirələrə səbəb olmuşdu.
Yarımmüdafiəçi məsələ barədə açıqlama verərək, üzr istəmişdi. Son isə məsələ barədə açıqlamasında komanda yoldaşının dediyi sözlərə görə üzüldüyünü bildirmiş və onu bağışladığını açıqlamışdı.
Futbolçuya zarafata görə tarixi cəza verildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.