14 
sen
2023
08:44
195

İngiltərəli müdafiəçi 5 ay müddətinə futboldan uzaqlaşdırıldı

14 sen, 2023
08:44
195

İngiltərəli müdafiəçi 5 ay müddətinə futboldan uzaqlaşdırıldı

İngiltərə Futbol Assosiasiyası "Nottinqem Forest"in müdafiəçisi Harri Toffolonun 5 ay müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb. 

Den.az qurumun saytına istinadən xəbər verir ki, buna onun mərc oyunlarında iştirak etməsi səbəb olub. 

28 yaşlı futbolçu 375 dəfə İngiltərə Futbol Assosiasiyasının qaydalarını pozduğunu etiraf edib.

Bildirilir ki, bütün qanun pozuntuları 2014-2017-ci illər arasında futbolçu tərəfindən törədilib və bu müddət ərzində o, “Norviç”, “Suindon”, “Roterhem” və “Peterboro” klublarında çıxış edib. İngiltərəli futbolçu diskvalifikasiyadan əlavə, 21 min funt sterlinq də cərimələnib. 

Toffolo 2022-ci ilin iyulundan "Nottinqem Forest"də çıxış edir. O, 2023/24 mövsümündə bir matçda iştirak edib. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar