Türkiyəli müğənni Demet Akalın həyat yoldaşı Okan Kurtun gecə əyləncələrinə kiminlə gedə biləcəyinə dair maraqlı qaydasından danışıb.
Denmedia.az xəbər verir ki, müğənni reklam siması olduğu brendin mətbuat konfransında şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Akalın həyat yoldaşının müğənni Sinan Akçılla gecə əyləncəsinə getməsinə etiraz etmədiyini, lakin reper Sefo ilə birlikdə getməsinə icazə vermədiyini bildirib.
“Sinanla gedə bilər, vallah, heç nə demərəm. Amma Sefo ilə heç yerə gedə bilməz. Çünki ikisi bir yerdə olanda əyləncənin həddini aşa bilərlər”, – deyə müğənni zarafatla bildirib.

Söhbətə qoşulan Okan Kurt da Sefo ilə bağlı maraqlı əhvalat danışıb. O, doğum günündə reperin özünü gecə əyləncəsinin davamına aparmaq istədiyini, lakin buna icazə verilmədiyini söyləyib.
Kurtun sözlərinə görə, Sefo onu tez-tez müxtəlif əyləncə məkanlarına dəvət edir. O, gənc reperin enerjili və əyləncəni sevən biri olduğunu da zarafatla vurğulayıb.
Qeyd edək ki, Demet Akalın və Sefo daha əvvəl “Yerinde Dur” mahnısını duet şəklində ifa ediblər.

