Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bir sıra ölkələrdə fəaliyyət göstərən səfirlərin, eləcə də ölkənin NATO yanında daimi nümayəndəsinin geri çağırılması haqqında fərmanlar imzalayıb.
Denmedia.az “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, diplomatik dəyişikliklər Avropa, Şimali və Cənubi Amerika, həmçinin Yaxın Şərq ölkələrindəki nümayəndəlikləri əhatə edib.
Fərmanlara əsasən, Ermənistanın Kanada, Kuba, Dominikan Respublikası və Yamaykadakı səfiri Anait Arutyunyan vəzifəsindən geri çağırılıb.
Bundan başqa, Argentina, Çili və Perudakı səfir Ovanes Virabyan, Yunanıstan və Albaniyadakı səfir Tiqran Mkrtçyan, Bolqarıstan və Şimali Makedoniyadakı səfir Tsovinar Ambartsumyan, eləcə də İsraildəki səfir Arman Akopyan da geri çağırılan diplomatlar sırasındadır.
Eyni zamanda Ermənistanın NATO yanında daimi nümayəndəsi Arman İsraelyan və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndəsi Viktor Biyagov da vəzifələrindən geri çağırılıblar.

