Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalanıb.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, razılaşma çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlərin keçirilməsi, arxiv işi sahəsində qarşılıqlı təcrübə mübadiləsi, tarixi sənədlərin araşdırılması, qorunması və rəqəmsallaşdırılması, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində gənc azərbaycanlı mütəxəssislərin Vatikanın mədəni irs və arxivşünaslıq sahəsindəki proqramlarına cəlb olunması da təşviq ediləcək.
“Eyni zamanda, gənc azərbaycanlı mütəxəssislərin Vatikanın mədəni irs və arxivşünaslıq, kitab və əlyazmaların kataloqlaşdırılması sahəsindəki proqramlarında iştirakı təşviq ediləcək”, – deyə Anar Ələkbərov vurğulayıb.

