Azərbaycan Premyer Liqasının VI turunda “Şamaxı” öz meydanında “Araz Naxçıvan”la qarşılaşıb.
“Denmedia.az” xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
28-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rüfət Abbasov fərqlənib. 78-ci dəqiqədə isə qonaqlardan Şarl Boli hesabı bərabərləşdirib.
Günün digər qarşılaşması “Neftçi” – “Karvan” komandaları arasında keçiriləcək.