“Real Madrid” İtaliyanın “Komo” klubuna göndərdiyi Niko Pazı qaytarmaq istəyir.
Denmedia.az xəbər verir ki, klublar arasındakı razılığa əsasən “Real”ın 6 milyon avroya satdığı futbolçunu 10 milyon avroya geri almaq imkanı var. Bildirilir ki, “Real” bu addımı atacağı təqdirdə, Arda Güler transferdən təsirlənə bilər. Məlumata görə, hər iki futbolçu eyni mövqedə oynayır.
Qeyd olunub ki, Niko Pazın üstünlüyü onun “Real Madrid”in gənclər akademiyasında futbol biliyinə yiyələnməsidir. Həmçinin, Niko Pazın transfer olacağı təqdirdə yarımmüdəfiə xəttində yer alan Cud Bellinqhem də forma üçün bu iki futbolçu ilə rəqabət aratacaq. Qeyd edək ki, Niko Paz “Komo”da uğurlu oyun nümayiş etdirir.