Bakı “Neftçi” klubunun və Azərbaycan millisinin qapıçısı Rza Cəfərov yenidən karyerasını xaricdə davam etdirmək şansı əldə edib.
“Azerisport”un məlumatına görə, qapıçıya Finlandiyanın HİK klubu maraq göstərib. Cəfərovun özü də legioner olmağa hazırdır, lakin ilk növbədə daha çox oyun praktikası əldə edəcəyi komandaya keçmək istəyir. “Qəbələ”nin marağına baxmayaraq, qolkiper cavab verməyə tələsmir, çünki bu klubda əsas qapıçı Salahət Ağayevdir.
Xatırladaq ki, Rza Cəfərovun “Neftçi” ilə müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.

