“Marsel” klubunun baş məşqçisi Roberto De Dzerbi vəzifəsindən ayrılıb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, qərar tərəflər arasında aparılan danışıqlardan sonra qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bildirilir ki, italiyalı mütəxəssisin nə klub rəhbərliyi, nə də futbolçularla şəxsi problemi olmayıb.
Roberto De Dzerbinin rəhbərliyi altında “Marsel”in son oyunu isə uğursuz alınıb. Komanda Fransa Liqa 1-də “PSJ”yə 0:5 hesabı ilə ağır məğlubiyyətə uğrayıb.

