Keçmiş futbolçu Tyerri Anrinin "Benfika" - "Qarabağ" matçı barədə proqnozu doğru çıxıb.
Denmedia.az xəbər verir ki, o, oyundan əvvəl "CBS Sports" televiziya kanalının Çempionlar Liqasının xüsusi buraxılışında ekspert kimi çıxış edib. Anri "Qarabağ"ın məğlub olmayacağını ifadə edib. Keçmiş futbolçu “Qarabağ”ın xal qazanacağını açıqlamışdı. O, "Bu gün iki komandadan sürpriz gözləyirəm. Biri "Qarabağ", digəri isə "Marsel"dir. Bu iki komandanın səfərdən 1 xalla qayıdacağını düşünürəm" - deyə bildirmişdi.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində səfərdə 0-2 hesabı ilə geri düşdüyü matçda "Benfika"ya 3-2 hesabı ilə qalib gəlib. “Marsel” klubu isə “Real Madrid” səfərində 1-0 önə keçdiyi matçda 2-1 məğlub olub.