Norveçin “Bude-Qlimt” klubu Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin ilk oyununda İtaliyanın “İnter” klubunu sensasiyalı şəkildə məğlub edib. Bu barədə Championat.com məlumat yayıb.
Görüş Bude şəhərində yerləşən “Aspmyra” stadionunda keçirilib. Oyunun 21-ci dəqiqəsində norveçli Sondre Brunstad hesabı açıb. Doqquz dəqiqə sonra Françesko Espozito tarazlığı bərpa edib. 61-ci dəqiqədə Yens Petter Höyqe meydan sahiblərini yenidən önə çıxarıb. Cəmi üç dəqiqə sonra Kasper Höq üçüncü qolu vuraraq hesabı 3:1 edib.
Qeyd edək ki, “Bude-Qlimt” Çempionlar Liqasında ev stadionu Şimal Qütb dairəsindən yuxarıda yerləşən yeganə komandadır və stadionda süni örtük istifadə olunur.
Cavab görüşü fevralın 24-də Milandakı “San Siro” (Cüzeppe Meazza) stadionunda keçiriləcək.

