Madridin “Real” klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Lissabonun “Benfika” komandasını səfərdə məğlub edib.
Görüş 1:0 hesabı ilə başa çatıb. Qələbə qolunu 50-ci dəqiqədə hücumçu Vinisius Junior vurub.
Qoldan sonra oyun 10 dəqiqəlik dayandırılıb. Buna səbəb Vinisiusun “Benfika”nın vingeri Canluka Prestianni ilə mübahisəsi olub. Braziliyalı futbolçu rəqibini irqçilikdə ittiham edib. Münaqişədən sonra argentinalı oyunçu meydanı tərk etmək istəsə də, məşqçilər heyəti onu oyunu davam etdirməyə razı salıb.
85-ci dəqiqədə isə hakimlə mübahisəyə görə “Benfika”nın baş məşqçisi Jose Mourinho qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.
Komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək.

