Bukmekerlər əfsanəvi döyüşdə favoriti açıqlayıb. Bu barədə Betonmobile xəbər verir.
Məlumata görə:
- Floyd Meyvezerin qələbəsinə əmsal — 1.60
- Manni Pakyaonun qələbəsinə əmsal — 2.70
- Heç-heçə ehtimalı isə — 12.00
Bu isə göstərir ki, əsas favorit Meyvezerdir.
Qeyd edək ki, 48 yaşlı Meyvezer və 47 yaşlı Pakyao 19 sentyabrda yenidən rinqdə qarşılaşacaq. Onlar sonuncu dəfə 2015-ci ildə döyüşmüş və həmin görüşdə Meyvezer xallar üzrə qalib gəlmişdi.
Statistikaya görə:
- Meyvezer — 50 döyüş, məğlubiyyətsiz
- Son döyüşü — 2017-ci ildə Konor Makqreqora qarşı qələbə
- Pakyao — 73 döyüş, 62 qələbə, 8 məğlubiyyət, 3 heç-heçə
- Son döyüşü — 2025-ci ildə heç-heçə ilə bitib

