İran hakimiyyəti keçmiş “Zenit” futbolçusu Sərdar Azmunun əmlakını müsadirə etməyi planlaşdırır. Bu barədə Fars agentliyinə istinadən məlumat yayılıb.
Məlumata görə, Azmun Tehranda “ABŞ-İsrail düşməni ilə əməkdaşlıqda” ittiham olunan 16 nəfərlik siyahıya daxil edilib.
Siyahıda diqqət çəkən digər ad isə musiqiçi Möhsən Yəqanedir. Bildirilir ki, həmin şəxslərin hamısı hazırda İrandan kənarda yaşayır.
İran tərəfi bu şəxsləri “muzdlu və düşmənlə əməkdaşlıq edənlər” kimi təqdim edir
Qərarın verilməsi İran, ABŞ və İsrail arasında davam edən hərbi gərginliklə əlaqələndirilir.
Hazırda futbolçu Sərdar Azmundan rəsmi açıqlama verilməyib.

