Bosniya və Herseqovinanın 21 yaşadək futbolçuları Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyundan əvvəl İsrail komandasının oyunçuları ilə əl sıxmaqdan imtina edib.
Görüş Macarıstanda neytral meydanda keçirilib və 0:0 hesabı ilə başa çatıb.
İsrail tərəfi Yaxın Şərqdə davam edən münaqişə səbəbindən ev oyunlarını ölkə xaricində keçirməyə məcburdur.
Gənclər arasında Avropa çempionatının final mərhələsi 2027-ci ildə Serbiya və Albaniyada keçiriləcək.

