26 
may
2023
15:22
179

Azərbaycanlı hakim Avropa çempionatında 1/4 final mərhələsinin oyununu idarə edəcək

26 may, 2023
15:22
179

Azərbaycanlı hakim Avropa çempionatında 1/4 final mərhələsinin oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının əsas mərhələsində daha bir oyuna təyinat alıb.

Den.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1/4 final mərhələsinin Polşa - Serbiya matçını idarə edəcək.
Ətraflı

Məsiyevə Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar köməklik göstərəcək. Görüş mayın 27-də baş tutacaq.

Qeyd edək ki, U-17 Avropa çempionatı Macarıstanda təşkil olunur. Elçin Məsiyev daha əvvəl Şotlandiya - Fransa qarşılaşmasını da idarə edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar