3 mayda keçiriləcək ilk tam marafonun mükafatları açıqlanıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il təşkil olunan yarış bu dəfə ilk dəfə yarımmarafon deyil, tam marafon (42 km) formatında keçiriləcək.
Məlumata görə, kişilər və qadınlar arasında ilk üç yeri tutan qaliblər pul mükafatları və sertifikatlarla təltif olunacaq.
1-ci yer — 6000 manat
2-ci yer — 4000 manat
3-cü yer — 2000 manat
Bundan əlavə, 42 km məsafəni başa vuran bütün iştirakçılara medal təqdim ediləcək.
Qərara əsasən, daha qısa məsafələri qət edən iştirakçılar da mükafatsız qalmayacaq. Belə ki, ilk 2000 nəfər yarımmarafon məsafəsini (21 km) keçərsə medal alacaq, 10 km məsafəni tamamlayanlara isə sertifikat veriləcək.
Qeyd edək ki, marafona qeydiyyat 25 aprel tarixində başa çatacaq.

