Kot-d’İvuar millisi futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk oyununda Ekvador yığmasını məğlub edib.
Filadelfiyada yerləşən “Lincoln Financial Field” stadionunda keçirilən qarşılaşma 1:0 hesabı ilə başa çatıb.
Matçda yeganə qolu “Mançester Yunayted”in futbolçusu Amad Diallo vurub. O, 90-cı dəqiqədə fərqlənərək komandasına vacib qələbə qazandırıb.
Bu nəticə ilə Kot-d’İvuar millisi mundialın qrup mərhələsinə 3 xalla başlayıb.

