Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone və argentinalı mütəxəssis Marselo Qalyardo Argentina millisinə rəhbərlik etməyə namizədlər sırasındadır.
Bu barədə insayder Nikolo Skira “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, hazırkı baş məşqçi Lionel Skaloninin Argentina Futbol Assosiasiyası ilə müqaviləsi 2026-cı ilin sonunadək qüvvədədir. Lakin o, müqavilə müddəti başa çatmadan milli komandadan ayrılarsa, Simeone və Qalyardo onun yerini tuta bilər.
Hazırda Qalyardo işsizdir, Simeone isə Madrid “Atletiko”suna rəhbərlik edir. Məlumata görə, Argentina Futbol Assosiasiyasının əsas namizədi məhz Dieqo Simeonedir.
Skaloni Argentina millisi ilə dünya çempionu olub, iki dəfə Amerika Kubokunu və Finalissimanı qazanıb.

