Rusiyalı döyüşçü Usman Nurməhəmmədov Nyu-Yorkda keçirilən PFL turnirinin əsas döyüşündə ABŞ təmsilçisi Archie Colganı məğlub edib.
Döyüş birinci raundda nokautla başa çatıb. Bu qələbə ilə Nurməhəmmədov çempionluq kəmərini ardıcıl ikinci dəfə uğurla qoruyub.
Beləliklə, onun qələbələrinin sayı 22-yə çatıb. Archie Colgan isə peşəkar karyerasında 16-cı döyüşündə ilk məğlubiyyətini alıb.
Usman Nurməhəmmədov UFC döyüşçüsü Umar Nurməhəmmədovun doğma qardaşı, Həbib Nurməhəmmədovun isə əmisi oğludur.

