Azərbaycanın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandın “Tvente” komandasını səfərdə 1:0 hesabı ilə məğlub edib.
Enshededə keçirilən qarşılaşmada Qurban Qurbanovun komandasına qələbə qazandıran yeganə qol 52-ci dəqiqədə Kadi Borgesdən gəlib.
Beləliklə, “Qarabağ” cavab qarşılaşması öncəsi minimal üstünlük əldə edib. Bu, Ağdam klubunun “Tvente” üzərində rəsmi oyunlarda qazandığı ilk qələbədir.
Cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cütün qalibi Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq.

