Slovakiyanın “DAK 1904” və Niderlandın “Tvente” klubları Konfrans Liqasının cavab oyununda 3:3 hesablı heç-heçəyə razılaşıblar.
Dunayjska-Stredadakı “MOL Arena”da keçirilən qarşılaşmada qonaqlar Maks Bruns və Marko Pyatsanın qolları ilə 2:0 hesabı ilə önə keçiblər.
Lakin meydan sahibləri hesabı bərabərləşdiriblər. Abdoulaye Qeye və Klemen Nemaniç fərqlənib, 88-ci dəqiqədə Prins Ovusu “DAK 1904”ü önə çıxarıb. “Tvente” isə əlavə vaxtda məğlubiyyətdən xilas olub – 93-cü dəqiqədə Marko Pyatsa dublunu rəsmiləşdirib.
Xatırladaq ki, ilk oyunda “Tvente” rəqibini 6:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, iki oyunun nəticəsinə əsasən 9:3 hesabı ilə üstün olan Niderland təmsilçisi pley-off mərhələsinə yüksəlib və burada “Qarabağ”la qarşılaşacaq.

