UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün pley-off mərhələsində bu gün 4 cavab qarşılaşması keçiriləcək.
Günün ən diqqətçəkən oyunlarından biri Fransanın “Lion” klubu ilə Türkiyənin “Fənərbağça” komandası arasında olacaq. Tərəflərin ilk görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Digər qarşılaşmalarda Yunanıstanın AEK klubu Bolqarıstanın “Levski Sofiya” komandasını qəbul edəcək. İlk oyun 0:0 hesabı ilə yekunlaşıb.
Norveçin “Viking” klubu Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək. Bu cütlüyün ilk matçında 2:2 hesablı bərabərlik qeydə alınıb.
Sloveniyanın “Çelye” komandası isə Slovakiyanın “Slovan” klubu ilə qarşılaşacaq. İlk oyunun nəticəsi 1:1 olub.
UEFA Çempionlar Liqası
Pley-off, 26 avqust
23:00 – “Lion” – “Fənərbağça” (1:1)
23:00 – AEK – “Levski Sofiya” (0:0)
23:00 – “Viking” – “Dinamo” Zaqreb (2:2)
23:00 – “Çelye” – “Slovan” (1:1)

