Londonun “Arsenal” klubu 2025/26 mövsümü üzrə UEFA Çempionlar Liqasının finalına yüksəlib.
Komanda yarımfinalın cavab oyununda Madridin “Atletiko” klubunu məğlub edib. Londonda keçirilən qarşılaşma 1:0 hesabı ilə başa çatıb. İlk oyun isə 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı.
Görüşdə yeganə qolu 44-cü dəqiqədə Bukayo Saka vurub.
Beləliklə, “Arsenal” 2006-cı ildən sonra ilk dəfə Çempionlar Liqasının finalına çıxıb. London təmsilçisi həmin vaxt həlledici oyunda **“Barselona”**ya 1:2 hesabı ilə uduzmuşdu.
Finalda “topçular” “Bavariya” — PSJ cütünün qalibi ilə qarşılaşacaq. İlk matçda Paris klubu 5:4 hesabı ilə üstün olub.

