UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə liqa mərhələsində iştirak edəcək bütün 36 komanda müəyyənləşib. Azərbaycanı turnirdə Bakı “Sabah”ı təmsil edəcək. UEFA-nın rəsmi məlumatına görə, son olaraq “Fənərbaxça”, AEK, “Vikinq” və “Slovan Bratislava” pley-off mərhələsini keçərək əsas mərhələyə vəsiqə qazanıblar.
“Sabah” isə bir gün əvvəl İsrailin “Hapoel Beer-Şeva” klubunu mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Azərbaycan klubu ilə yanaşı LASK və “Budyo-Qlimt” də vəsiqəni təmin ediblər.
Beləliklə, turnirdə “Real Madrid”, “Barselona”, “Arsenal”, “Mançester Siti”, “Liverpul”, “Bavariya”, PSJ, “İnter”, “Napoli”, “Atletiko”, “Borussiya Dortmund”, “Qalatasaray”, “Fənərbaxça” və “Sabah” daxil olmaqla 36 klub mübarizə aparacaq.
Liqa mərhələsinin püşkü 27 avqustda Monakoda keçiriləcək. Hər komanda müxtəlif səbətlərdən ümumilikdə 8 rəqiblə qarşılaşacaq.

