31 
avq
2023
22:38
188

Qurban Qurbanov: "Gərgin oyun alınsa da, nəticə bizi qane etdi"

31 avq, 2023
22:38
188

Qurban Qurbanov: "Gərgin oyun alınsa da, nəticə bizi qane etdi" - FOTO

"Futbolçuları və azarkeşləri təbrik edirəm. Gərgin oyun alınsa da, nəticə bizi qane etdi".

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.


51 yaşlı mütəxəssis oyunçuların çox əziyyət çəkdiyini bildirib: "Qrupda iştirak etmək bizim üçün çox vacib idi. Hansısa səviyyəyə çatmaq asandır, amma orada qalmaq çətindir. Ən azından ilin sonunadək avrokuboklarda davam edəcəyik".


Qurbanov bugünkü martçdan razı qaldığını söyləyib: "Nəticə bizim üçün çox vacib idik. Komanda olaraq yaxşı müdafiə olunduq. Oyunçulara bunu tapşırmamışdıq. Əksinə, daha çox hücuma çıxmaq niyyətində idik. Futbolçulardan narazı olacağım bir məqam yoxdur".(Report)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar