AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti təyinat alıb.
AFFA-nın mətbuat xidmətinin məlumatına görə, o, 2027-ci ildə keçiriləcək qadınlar arasında futbol üzrə dünya çempionatının seçmə mərhələsinin pley-offunun I raundunda Albaniya – Uels qarşılaşmasında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qarşılaşma oktyabrın 9-da Albaniyanın Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda keçiriləcək.
Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

