2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 402.7 milyon dollar olub.
Denmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, ticarət dövriyyəsinin 16 milyard 769 milyon dollarını (47.4%) isə idxal məhsullarının dəyəri təşkil edib.
Ölkəyə idxalın əsas mənbələri Çin (19.9%), Rusiya (16.5%), Türkiyə (10.5%), ABŞ (5.7%), Birləşmiş Krallıq (4.3%), Almaniya (3.8%), Qazaxıstan (3.0%) olub. İtaliya və Avstraliya hər biri 2.2%, Meksika, Braziliya və Cənubi Afrika Respublikası hər biri 1.7%, Özbəkistan və Yaponiya hər biri 1.6%, Koreya və Belarus hər biri 1.5%, Ukrayna 1.2%, İsveçrə 1.1%, Fransa, Hindistan və İspaniya hər biri 1% paya sahib olub. Digər ölkələrdən idxal əməliyyatlarının payı isə 12.6% olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin yanvar-sentyabr aylarında idxal olunan əsas məhsullar arasında buğda 15.8%, xam şəkər 19.2%, kartof 18.3%, təzə tərəvəz 37.1%, siqaretlər 4 dəfə, minik avtomobilləri 31.5%, polad prokatı 3.2%, məişət kondisionerləri 12.9%, mebellər 2.8%, avtobuslar 3.1 dəfə, polietilen 19.5%, mineral gübrələr 0.7%, qara metallardan çubuqlar 2.9%, polipropilen 5.5%, məişət soyuducuları 18.5% artıb.
Bununla yanaşı, idxal olunan bəzi məhsullarda azalma qeydə alınıb. Bitki yağlarının idxalı 15.9%, kərə yağı və digər süd yağları 11.0%, təzə meyvə 14.5%, şokolad və şokolad məhsulları 2.6%, unlu qənnadı məmulatları 1.2%, çay 6.9%, quş əti və əlavə məhsulları 28.2%, mal əti 0.9%, dərman vasitələri 16.8%, qara metallardan borular 16.1%, hesablama maşınları, blok və qurğular 8.7%, ayaqqabılar 4.0%, rezin şinlər 1.4%, sintetik yuyucu vasitələr 7.1%, yük avtomobilləri 3.4%, paltaryuyan maşınlar 7.0%, qara metallardan künclüklər 2.6%, sement 23.8% azalıb.

