Sumqayıt Texnologiyalar Parkından Ukraynaya növbəti humanitar yardım göndərildi
Sumqayıt Texnologiyalar Parkının ərazisindən Ukrayna üçün elektrik-texniki avadanlıqlardan ibarət növbəti humanitar yük yola salınıb.
Humanitar yardım Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən, Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında həyata keçirilib.
Qeyd edək ki, 20 yanvar tarixində də Azərbaycan Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardım göndərmişdi.

